Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus “sülhməramlıları” Almatıda ABŞ-a məxsus laboratoriyanı ələ keçirib? - Bioloji təhlükə

Sosial şəbəkələrdə Almatı yaxınlığında hərbi bioloji laboratoriyanın naməlum şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb. İddialara görə, obyektin yaxınlığında kimyəvi qoruyucu kostyumlu mütəxəssislər işləyir, mümkündür ki, təhlükəli patogenlərin sızması baş verə bilər.

Ovqat.com xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi bu iddiaları yalanlayıb. Rəsmi açıqlamada deyilir: “Xəbərlər doğru deyil, obyekt mühafizə altındadır”.

Qeyd edək ki, Almatı yaxınlığındakı mərkəzi laboratoriya ABŞ tərəfindən 2017-ci ildə tikilib. Onun əsas funksiyası diaqnostikadır və xüsusilə təhlükəli infeksiyaların yayılmasını öyrənir.

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Almatıda Aikimbaev adına Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Milli Elmi Mərkəzində Pentaqonun vəsaiti ilə tikilmiş Mərkəzi Referans Laboratoriyası və xüsusilə təhlükəli yoluxucu patogenlər anbarı mövcuddur. Qazaxıstanda bu labaratoriyalarda bioloji silahların hazırlanması ilə bağlı təkliflər vardı. Təklif əsasən Qazaxıstan müdafiə nazirinin keçmiş müavini Amirbek Toqusov tərəfindən irəli sürülürdü.


Almatıdakı laboratoriyanın inşasının Amerika hərbi idarəsi tərəfindən maliyyələşdirilməsi faktını müəssisənin direktoru Baxit Atşabar da etiraf etmişdi. Baxmayaraq ki, o, həmin labaratoriyada bioloji silahların hazırlandığı faktını təsdiqləmirdi.

Almatıdakı Mərkəzi Referans Laboratoriyasında amerikalı mütəxəssislərin işlədikləri bildirilir. Qazaxıstan tərəfi açıq şəkildə Pentaqonun biomühəndisləri ilə sıx əməkdaşlıq etdiklərini bəyan edirlər və hətta ABŞ-a Mərkəzi Referans Laboratoriyasının inkişafına əvəzsiz töhfə verdiyinə görə minnətdarlıqlarını gizlətmirdilər.

O da məlumdur ki, Qazaxıstandakı bio-labaratoriyalara ABŞ-ın Qazaxıstandakı səfirliyi nəzdindəki Amerika Müdafiə Nazirliyi yanında Bioloji Təhlükələrin Azaldılması Agentliyinin (DTRA) filialı nəzarət edir. Filialın rəhbəri ABŞ polkovnik-leytenantı Stiven Kalderdir.

Vurğulanır ki, Almatı laboratoriyası 3-cü bioloji təhlükə dərəcəsinə malikdir.

Bundan əlavə, ABŞ-ın maliyyə yardımı hesabına Qazaxıstanın Jambil bölgəsində yeni bioloji laboratoriya da tikilirdi. Ötən il Qazaxıstan Nazirlər Kabineti tərəfindən yayılan məlumatlarda sözügedən laboratoriyanın daha yüksək 4-cü səviyyəyə BSL-4 (Biosafety Level 4) sahib olacağı vurğulanırdı. BSL-4 səviyyəsi tədqiq edilən virusların yüksək fərdi və sosial riskini ifadə edir, bu virusların əksəriyyətinə qarşı effektiv tədbirlər mövcud deyil.

Zənnimizcə, Qazaxıstanın Rusiya tərəfindən işğalının başlıca səbəblərindən biri də ölkədə inşa olunan həmin laboratoriyalardır. Rusiya öz yaxın qonşusunda yüksəksəviyyəli bioloji silah istehsal etmək potensialına malik laboratoriyaların tikilməsindən ciddi narahatlıq keçirirdi və bunu özü üçün təhdid kimi görürdü. Odur ki, Qazaxıstan Səhiyyə Nazirliyinin təkzibinə baxmayaraq, Almatıdakı laboratoriyanın rus işğalçıları tərəfindən ələ keçirilməsi ehtimalını istisna etmək mümkün deyil.

Rus “sülhməramlı”larının ABŞ hərbi bazası kimi gördükləri laboratoriyaları ələ keçirməsi Vaşinqton-Moskva arasında onsuz da gərgin olan münasibətlərin üzərinə əlavə yağ tökmək effekti verə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar